Premyer Liqamızda iştirak edəcək klublara lisenziyalar təqdim edildi

2022-2023-cü il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

Newsport.az xəbər verir ki, görüş AFFA-nın inzibati binasında olub. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Təltifetmə mərasimində iştirakçılara mövsümün yekunları, statistik göstəricilər və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər haqda məlumat verilib.

Növbəti mövsüm öncəsi AFFA İcraiyyə Komitəsi yeni qaydaları təsdiqləyəndən sonra edilmiş dəyişikliklərlə bağlı klublarla ətraflı treninqlər keçiriləcək.

Tədbirin sonunda növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublar müvafiq lisenziyalarla təltif olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right