“Səbail” baş məşqçisi Aftandil Hacıyevlə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, klub rəhbərliyi ilə 41 yaşlı mütəxəssis arasında fikir ayrılığı yaşanıb və tərəflər vidalaşmaq qərarına gəliblər.
Maraqlıdır ki, “Səbail”lə Aftandil Hacıyev arasında mayın 13-də yeni müqavilə imzalanmışdı. Müqavilənin müddəti 2022/23 mövsümünün sonuna kimi artırılmışdı.
Hacıyev 2018-ci ildən Bayıl təmsilçisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2018/19 mövsümündə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb.