Qurban Qurbanov: “Azərbaycan futbolunu yaxşı heç nə gözləmir”

“Bizim o qədər çatışmayan cəhətlərimiz, problemlərimiz var ki, bunları tez bir zamanda aradan qaldırmaq asan olmayacaq”.

Newsport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində idman ictimaiyyəti ilə görüşündə Azərbaycan futbolunun problemlərindən danışıb: “Bugünkü reallıqda Azərbaycan futbolunu, futbolçularını yaxşı heç nə gözləmir. Komanda olaraq “Qarabağ” hansısa uğura imza atıb. Amma hamı şikayət edir ki, azərbaycanlı futbolçu yoxdur. İldən-ilə də geriyə doğru addım atırıq. Mən bunu hiss edirəm. Hamımız akademiyaların, aşağı yaş qruplarının düzgün idarə olunmasını dildə deyirik. Elə bizim “Qarabağ”da aşağı yaş qrupu komandalarımız süni örtükdə məşq edirlər. Aşağı yaş qruplarını düzəltməsək, bizi yaxşı heç nə gözləmir. Düzgün hədəfə çatmaq üçün maliyyədən öndə gələn işlər də var ki, onları qaydasına salmalıyıq. Çox geridə qalmışıq”.

O, Azərbaycan futbolunun Avropadan çox geridə qaldığını sözlərinə əlavə edib: “Əgər Avropa 5 addım irəli gedirdisə, biz bir addım irəliləyirdik. İndi Avropa nə qədər irəli gedirsə, biz bir o qədər geriləyirik. Futbolumuzun inkişafı üçün böyük addımlar atmalı, iş prinsipimizi dəyişməliyik. Bu, bütün klublara və assosiasiyaya da aiddir”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah