Ramin Musayev: "Hamımızın arzusu azad olunmuş ərazilərimizdə oyunlar izləməkdir"

"Hamımız onu arzulayaq ki, təmsil etdiyiniz rayonlarda stadionlar açılsın və orada peşəkar futbol oyunlarına gedək, azarkeşlik edək".

Newsport.az-in məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku barədə danışarkən deyib.

B qrupunda "Suqovuşan" və "Xocalı" komandaları arasındakı matçı izləyən PFL rəhbəri jurnalistləri tədbirin təşkilatçılarına minnətdarlığımı bildirib: "Yeganə rayon Kəlbəcərdir ki, orada olmamışam. Bu gün sevindim ki, mənə bu bölgənin komandasının forması təqdim olunacaq, bəxtimdən qismət olmadı. Amma axırda tapıb o formanı verməlisiniz (gülür). Ağdam, Kəlbəcər və Azərbaycanın hər bölgəsi bizim üçün əzizdir. Hər bir komandaya uğurlar arzulayıram. Qoy, güclü qalib gəlsin".

Musayev media nümayəndələrini Qəbələdə "Qarabağ" və "Zirə" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçına da dəvət edib: "Siz bütün tədbirlərimizdə, oyunlarımızda havanın isti, soyuq, küləkli və ya yağışlı olmasına baxmayaraq həmişə bizimlə olmusunuz. Sizə diqqət ayırmaq da bizim borcumuzdur. Fürsətdən istifadə edərək hər birinizi mayın 27-də Qəbələdə şəhərindəki Azərbaycan Kubokunun final oyununa dəvət edirəm. Bunun üçün avtobus təşkil edilib. Hər birinizi dəvət edirəm, buyurub gələ bilərsiniz".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right