“Şamaxı”nın "qara yubileyi"

Premyer Liqanın XXVII turunda “Qəbələ”yə 0:1 hesabı ilə uduzan “Şamaxı” evdə 70-ci məğlubiyyətini alıb. Bölgə təmsilçisi öz meydanındakı 311-ci matçında bu uğursuzluğu yaşayıb.
 
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında çıxış edən Şamaxının eyniadlı təmsilçisi ölkə çempionatları çərçivəsində öz meydanında 70 və daha çox matçda uduzan 4-cü komandadır. Antirekord “Turan”a məxsusdur – 78 məğlubiyyət. MOİK 77, “Bakı” 73 dəfə evdə xalsız qalıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right