"Şamaxı"nın baş məşqçisi: "Son nöqtəni qoya bilmirdik"

Premyer Liqanın 27-ci turu çərçivəsində "Qəbələ"ni qəbul edən "Şamaxı" evdə rəqibinə 0:1 uduzub.

Newsport.az-ın məlumatına görə, ev sahiblərinin baş məşqçisi Rüstəm Əliyev matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

"Qəbələ"ni təbrik edirəm. Təəssüf ki, yenə azarkeşlərimizi sevindirə bilmədik. Qələbə qazanmaq üçün qol vurmaq, son nöqtəni qoymaq lazımdı. "Sumqayıt"la oyunda olduğu kimi bu gün də son nöqtəni qoya bilmirdik. Matç ərzində "Qəbələ"dən çox qol epizodlarımız oldu, amma yararlana bilmədik. Həmin epizodları dəyərləndirmək üçün soyuqqanlı olmaq lazımdır. Bunu futbolçulara da bildirdim. Qalib gələ bilmədiyimizə görə təəssüflənirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right