Seyidov 90 dəqiqə oynadı, komandası məğlubiyyətə üzüldü

Futbol üzrə Latviya çempionatında 12-ci turun oyunları keçirilib. Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Valmiera” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyunda 0:1 hesablı məğlubiyyətlə üzləşib.
 
Şakir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Azərbaycanlı futbolçu 65-ci dəqiqədə sarı vərəqə də alıb. Asim isə sonadək ehtiyatda qalıb.
 
“Dauqavpils” Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürüb. Sözügedən komanda 12 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right