Elmar Baxşıyev: "Layiqli qələbə qazandıq"

Premyer Liqanın 26-cı turunda "Neftçi"ni qəbul edən "Qəbələ" rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Newsport.az-ın məlumatına görə, matçdan sonra ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında iştirak edib. O, komandasının qələbəsini şərh edib:

"Düşündüyümüz kimi ağır oyun alındı. "Neftçi"nin təqdimata ehtiyac yoxdu. Usta futbolçulardan təşkil olunmuş komandadı. "Neftçi"yə qarşı layiqli mübarizə aparıb, layiqli də qələbə qazandıq. Komandam verilən tapşırığı dəqiq yerinə yetirdi. Qarşıda bizi iki final matçı gözləyir. Həmin oyunlara köklənib, maksimum nəticə qazanmağa çalışacağıq. Xüsusilə də azarkeşlərə təşəkkür edirəm, möhtəşəm idilər. Sona qədər dəstək olsunlar, Allah qoysa, onları sevindirərik.

- Gənc futbolçulardan Emil Səfərov xüsusi diqqəti çəkir. Onun haqda fikriniz necədi?
- Emil Səfərovu fərqləndirməzdim. O da komandamızın üzvüdü. Üzərinə nə düşürsə o da maksimunu yerinə yetirməyə çalışmalıdı və buna borcludu. Heyətimizdə Emildən də dəyərli futbolçular var ki, zədəli ola-ola hər şeyini meydanda qoyur. Ürfan Abbasovu xüsusi fərqləndirmək istəyirəm. Böyük xarakterə və böyük ürəyə sahib futbolçudu. Bu zədə ilə heç bir futbolçu oynamazdı, amma Ürfan 90 dəqiqə meydanda görürük.

- Komandanın kapitanı Asif Məmmədovun bu yaşdakı performansını necə dəyərləndirirsiniz?
- Asif Məmmədov nəinki meydanda, məşq prosesində də ən yaxşılardan biridi. Futbolda oyunçunun yaşına yox, onun durumuna baxmaq önəmlidi. Asif hamıya göstərir ki, bu yaşdada da yüksək səviyyədə futbol oynamaq olar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right