Aleksey Baqa: "Nəhayət ki, mən də komandamı qələbə münasibətilə təbrik edə bilərəm".

Premyer Liqanın 26-cı turunda "Şamaxı" ilə qarşılaşan "Sumqayıt" rəqibinə 2:0 hesabı ilə qalib gəlib.

Newsport.az-ın məlumatına görə, ev sahiblərinin baş məşqçisi Aleksey Baqa matçdan sonra keçirilən mətbuat konfransında matçla bağlı danışıb:

"Nəhayət ki, mən də komandamı təbrik edə bilərəm. Bu gün azarkeşlərimizin fantastik dəstəyi var idi. Hava şəraitinə baxmayaraq onlar bizə sona qədər dəstək oldu. Səbr edib, öz üzərimizdə işləyərək, inanaraq işimizin bəhrəsini gördük. Hamını təbrik edirəm".

- Anatoli Nuriyevin komandaya qoşulması nəyi dəyişdi? Bugünkü qələbə payı nə qədər idi?
- Digər futbolçuların olduğu kimi, Nuriyevin də bu qələbəyə payı var idi. Nəzərə almaq lazımdır ki, Ukraynadakı vəziyyətə görə uzun müddətdir məşq etmirdi, futbolsuz qalmışdı. Bu gün Nuriyev həm hücumda, həm də müdafiədə özünü yaxşı tərəfdən göstərdi. Bu, futbolçunun potensialı daha yüksəkdi. Oyunda da görürük ki, bacarığından aşağı səviyyədə oynayır. İnanırıq ki, daha yaxşı olacaq. Çünki potensialı böyükdü.

- Müdafiədə Vurğun Hüseynov - Höccət Haqverdi tandemi özünü daha yaxşı göstərir. Sizin fikrini necədi?
- Müdafiə xəttindən danışırıqsa, mütləq qapıçını da qeyd etməliyəm. Qol buraxmadıq. Cəzalar və zədələr xətlərdə bəzi dəyişikliklər etməyimizə gətirib çıxardı. Cinah oyunçuları öz mövqelərində oynamırdı. Vurğun - Höccət tandemi vəziyyətə görə ilk dəfə idi oynayırdı. Əsas odur ki, rəqibə qol şansı vermədik. Buna görə də tandemi müsbət qeyd edə bilərəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right