Hakimi döyən futbolçuya 10 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Newsport.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Futzal üzrə Yüksək Liqanın “Neftçi” İK – EKOL  oyununda “Neftçi”nin futzalçısı Anar Məmmədov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın “Araz” - “Baku Fire” oyununda “Baku Fire” komandasının futzalçısı Kamran Hacıyev sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın “Baku Fire 2” – “Forza Neftçi” oyununda “Baku Fire 2” komandasının baş məşqçisi Teymur Eyvazov ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun cəzalanıb. “Forza Neftçi”nin futzalçısı Əsgər Bəylərov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. “Forza Neftçi”nin futzalçısı Tofiq Hüseynov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Baku Fire 2” komandasının futzalçısı Qüdrət Qasımzadə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın ADBTİA – “Şuşa” oyununda “Şuşa”nın futzalçısı Tofiq Məlikov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın “Ulduz” – “Star Karqo” oyununda “Star Karqo”nun futzalçısı Ayxan Məmmədov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın “Standard” – “Alyans Qrup” oyununda “Alyans Qrup”un futzalçısı Aydın Qasımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Standard”ın futzalçısı Həbib Amanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Azərbaycan Kubokunun “Neftçi” İK – EKOL oyununda “Neftçi”nin futzalçısı Nurlan Mehdizadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Azərbaycan Kubokunun “Alyans Qrup” – “Forza Neftçi” oyununda “Alyans Qrup”un futzalçısı Elçin Zeynalov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Həvəskar Liqasının “Gənclər” – “Lokomotiv” oyununda “Lokomotiv”in futbolçusu Vüsal Həsənov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
Yüksək Qızlar Liqasının 8№-li RİOEUGİM – “Şamaxı” FK oyunu yarımçıq dayandırıldığı üçün hesab olduğu kimi saxlanılmaqla “Şamaxı” FK komandasına texniki məğlubiyyət verilib.
 
U-17 Qızlar Liqasının “Mingəçevir” – “Dinamo” (Balakən) oyununda “Mingəçevir”in futbolçusu Aytən Məmmədova kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
Region Liqasının “Cəbrayıl” – “Energetik” oyununda “Energetik”in futbolçusu Xəyal Əliyev hakimlərə fiziki təsir göstərdiyi üçün 10 oyun cəzalanıb.
 
Gənclər Liqasının “Sumqayıt” – “Şamaxı” oyununda “Şamaxı”nın diskvalifikasiya olunmuş futbolçusu Qurban Səfərov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Diskvalifikasiya olunmuş Qurban Səfərov start heyətində matçda iştirak etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-16 Liqasının “Sabah” – “Neftçi” PFK oyununda “Sabah”ın futbolçusu Mətləb Osmanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının “Səbail” – “Neftçi” İK İB oyununda “Neftçi”nin futbolçusu Vladimir Tsarvoy aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. “Səbail”in futbolçusu Məhəmməd Cavadzadə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-15 Liqasının “Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt”ın futbolçusu Vüsal Paşayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasının “Cənub Elit” – İFA oyununda İFA-nın futbolçusu Cavid Eyvazov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-13 Liqasının “Mil-Muğan” – “Hacıqabul Şərq” oyununda “Hacıqabul Şərq” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-15 Liqasının “Zaqatala” – “Neftçi” İK İB oyununda “Neftçi” İK İB komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
“Sədərək” komandası Region Liqasının növbəti turlarında iştirakdan imtina etdiyi üçün yarışdan xaric olunub. Komanda çempionatın oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right