Azarkeşləri “Qarabağ”ı 4800 manat ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Newsport.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qarabağ” – “Qəbələ” oyununda “Qarabağ”ın azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub. “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.

“Neftçi” – “Zirə” oyununda matç gec başlandığı üçün meydan sahibi klub 3200 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right