Azərbaycan klubu "Sportinq"in futbolçusu ilə razılığa gəldi

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi Portuqaliyanın "Sportinq Kovilya" klubunun oyunçusu Ahmed İsaya ilə anlaşıb. Əldə etdiyimiz məlumata görə, hazırda sənədləşmə işləri aparılır. Nigeriyalı oyunçu yaxın zamanda Bakıya gəlib, yeni klubu ilə müqavilə imzalayacaq.

26 yaşlı Ahmed yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynaya bilir. Karyerası ərzində yalnız Portuqalyada çıxış edən İsaya "Ribeyrau", "Oliveyrense", "Vilaverdense", "Jil Visente" və "Varzim"in də formasını geyinib. O bu mövsüm "Sportinq Kovilya"nın heyətində Portuqaliya II Liqasında 18 matçda 1 qol vurub. Yarımmüdafiəçi 2 kubok oyununda da forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right