Avstriya klublarının birinin adı dəyişdirilərək “Qarabağ” edilib.
Newsport.az saytının məlumatına görə, ölkənin Oberliga A çempionatında çıxış edən “WS Ottakring” klubu bundan sonra “Qarabağ” adı altında çıxış edəcək. Vyana şəhərini təmsil edən komandanın sahibi azərbaycanlı iş adamlarından biridir. Klub rəhbərliyi komanda qarşısına qoyduğu əsas şərtin Avstriya bundesliqasına vəsiqə qazanmaq olduğu bildirilir.
Qeyd edək ki, komandanın adı artıq tam Avstriya Futbol Federasiyası tərəfindən “Qarabağ” (Vyana) olaraq təsdiqlənib. Komandanın yeni adına uyğun loqo və emblem də hazırlanıb.