Pep Qvardiola sabiq klubu "Barselona"nın yeni baş məşqçisi Luis Enrike haqda danışıb.
Newsport.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis deyib ki, həmkarı Kataloniya təmsilçisindən ondan da yaxşı uğurlar qazana bilər:
"Enrike ilə bir-birimizə bənzəyirik. O, ən azı mənim "Barsa"da etdiklərimi təkrarlaya bilər. Ancaq Enrikenin məndən də yaxşı olacağına inanıram. O, "Barsa"nın oyunun üslubunda heç bir dəyişiklik etməyəcək".
Qeyd edək ki, Qvardiola "Barselona"nı çalışdırdığı 2008-2012-ci illərdə 3 dəfə La Liqa, iki dəfə isə Çempionlar Liqasının kubokunu qazanıb.