"Neftçi"nin rəqibi slovakiyalı yarımmüdafiəçi transfer etdi

Avropa Konfrans Liqasında "Neftçi"nin rəqibi olan "Aris" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az saytının məlumatına görə, Kipr təmsilçisi İsrailin "Kiryat Şmona" klubundan Julius Sökeni rənglərinə bağlayıb. Məlumatı limassolluların rəsmi saytı yayıb.

Slovakiyalı yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.

27 yaşlı futbolçu başa çatan mövsümdə "Kiryat Şmona"nın heyətində meydana çıxdığı 14 oyunda 1 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah