"Atletiko" 22 yaşlı italiyalı futbolçunu transfer etdi

İtaliyalı futbolçu Matteo Rucceri "Atletiko"ya keçib.

Newsport.az xəbər verir ki, İspaniya klubu "Atalanta"nın yetirməsinin transferini rəsmən elan edib. Müqavilə beş il müddətinə bağlanıb.

Məlumata görə, Madrid klubu bu transfer üçün "Atalanta"ya 17 milyon avro ödəyəcək, əlavə 3 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub.

Rucceri ötən mövsüm A Seriyasında 30 oyun keçirib və 3 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right