Tanınmış futbolçu Kanada klubundan ayrılır

Lorenzo İnsinye son dörd mövsümdür ki, çıxış etdiyi Kanadanın “Toronto” klubunu tərk edir.

Newsport.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, italiyalı futbolçunun vətəninə qayıdacağı gözlənilir. O, əvvəllər “Napoli”nin heyətində parlaq çıxışı ilə tanınmışdı.

Son mövsümlərdə “Toronto”da işləri qaydasında getməyən İnsinye bu mövsüm cəmi 12 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

İnsinye müqaviləyə əsasən, daha bir mövsüm klubda qalmalı idi. Ancaq rəhbərliklə qarşılıqlı anlaşma əsasında sözləşməyə vaxtından əvvəl xitam veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right