Misir Futbol Federasiyasi millinin baş məşqçisi Ehab Qalalı istefaya göndırib.
Newsport.az xəbər verir ki, bu haqda qurumun saytı məlumat yayıb. 54 yaşlı mütəxəssisin bu vəzifədə işi cəmi 3 oyunluq olub. O, bir müddət əvvəl millidə Karluş Keyruşu əvəzləmişdi.
Qalalın rəhbərliyi altında Misir iki rəsmi oyundan birindi qalib gəlib (Qviniyeya 1:0), digərində isə uduzub (Efiopiyaya 0:2). Yoxlama görüçündə isə komanda Cənubi Koreyaya 1:4 hesabı ilə məğlub olub.
Misir mətbuatı yazır ki, komanda Koreyaya qalib gəlsəydi, Qalal vəzifəsində qala bilərdi.