"Valensiya" klub prezidenti Anila Murtini yarımmüdafiəçi Karlos Soleri təhdid etdiyi qalmaqallı səs yazılarının yayılmasından sonra istefaya göndərib.
Newsport.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin saytı məlumat yayıb.
Səs yazısında A.Murti klubun hazırkı maliyyə vəziyyəti haqqında açıq danışıb, eyni zamanda şəhər rəhbərliyi barəsində də pis fikirlər səsləndirib.
Xatırladaq ki, cəmi bir neçə həftə əvvəl "Valensiya" rəhbərliyi Anil Mertini müdafiə edən bəyanat yayaraq, medianın "reallığı təhrif etməyə" çalışdığını vurğulamışdı. Ancaq daha sonra klub öz mövqeyini dəyişib və Şon Bey "Valensiya"nın müvəqqəti prezidenti təyin edilib.