Belarus yığması Azərbaycan millisi ilə oyuna ciddi itkilərlə çıxacaq

Futbol üzrə Belarus yığması UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya, Azərbaycan və Qazaxıstanla keçiriləcək oyunlara ciddi itkilərlə çıxacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Georgi Kondratyev açıqlama verib.

62 yaşlı mütəxəssisin sözlərinə görə, ötən ilki heyətdən 11 futbolçu qarşıdakı görüşləri buraxacaq: “Heç vaxt tam heyəti yığmaq mümkün olmur. Çoxlarında millinin düşərgəsinə gəlmək alınmadı. Bəzilərinə zədə, bəzilərinə ailə məsələləri mane oldu. Bir neçə oyunçunun isə ağır mövsümdən sonra istirahətə ehtiyacı var idi”.

Belarus millisi ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərində Slovakiyaya qarşı keçirəcək. 3 gün sonra həmin arenada Azərbaycan millisini qəbul edəcək komanda iyunun 10-da Qazaxıstanla qarşılaşacaq. Komanda iyunun 13-də isə Bakıda yenidən Azərbaycan yığmasıyla üz-üzə gələcək.

Xatırladaq ki, UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub. Buna sözügedən ölkənin Rusiya ilə birgə Ukraynadakı hərbi əməliyyatlarda iştirakı səbəb olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right