İngiltərə Premyer Liqasında mövsümün ən pis rəmzi komandası

ESPN nəşri İngiltərə çempionatında 2021/22 mövsümünün ən pis oyunçulardan ibarət rəmzi komandasını hazırlayıb. 
 
Newsport.az xəbər verir ki, "11-lik"də  “Mançester Yunayted”in 6, "Çelsi"nin 3, "Lids" və "Arsenal"ın isə hərəyə 1 futbolçusu yer alıb:
 
Qapıçı: Kepa Arrizabalaqa ("Çelsi")
 
Müdafiəçilər: Aaron Van-Bissaka, Rafael Varan, Harri Maquayr (hamısı "Mançester Yunayted"), Junior Firpo ("Lids")

Yarımmüdafiəçilər: Pol Poqba, Bruno Fernandeş (hər ikisi "Mançester Yunayted"), N'Qolo Kante ("Çelsi")

Hücumçular: Markus Reşford ("Mançester Yunayted"), Romelu Lukaku ("Çelsi"), Aleksandr Lyakazet ("Arsenal").

Xatırladaq ki, "Mançester Siti" Premyer Liqanın çempionu olub. İkinci yeri "Liverpul" tutub. İlk üçlüyü “Çelsi” bağlayıb. “Mançester Yunayted” Premyer Liqanı 6-cı pillədə başa vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right