Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) dünən Xorvatiya çempionatında növbəti matçına çıxıb.
Newsport.az-ın məlumatına görə, Zaqreb təmsilçisi 9-cu turunda təxirə salınmış görüşündə səfərdə "Hayduk"la qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Mahir Emreli start heyətdə yer alıb və sonadək oynayıb. 24 yaşlı futbolçu fəal oyunu ilə seçilib və 2 dəfə qola yaxın olub.
Onun oyununun da yer aldığı matçın videoicmalını təqdim edirik.