“Oyun orta səviyyədə keçdi. Azərbaycan yığması kifayət qədər yaxşı komandadır”.
Newsport.az-in məlumatına görə, bu sözləri Latviya millisinin baş məşqçisi Daynis Kazakeviç yığmamızla bugünükü yoxlama oyunundan sonra mətbuat konfransında deyib.
O, 1:0 hesablı qələbəni belə şərh edib: "İlk hissənin ilk 15 dəqiqəsində xeyli problemimiz oldu. Sonra oyuna nəzarəti bərpa edə bildik. Sevinirik ki, ən üstün performansımızı göstərməsək də, qalib gəldik. Bütün matç ərzində aqressiv oynadıq. Bəzən aktiv pressinq edirdik, bəzən müdafiədən oynadıq".