Mahir məşqlərə başladı FOTO

“Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli zədəsini tam sağaldıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı hücumçu komanda ilə məşqlərə başlayıb.

Emreli daha əvvəl zədə səbəbindən Azərbaycan yığmasının Malta toplanışına çağırılmayıb.

“Dinamo” Xorvatiya çempionatının 29-cu turunda aprelin 3-də “Draqovolyaç”ı qəbul edəcək.

Bir 5 kişi, ayakta duran insanlar ve çim görseli olabilir





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right