“Araz-Naxçıvan”nın qapıçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək.
Newsport.az xəbər verir ki, millimizin üzvü bu barədə öz Feysbuk səhifəsində yazıb. O, “Torpedo” ilə anlaşdığını bildirib.
31 yaşlı qolkiper 2014-cü ildən çıxış etdiyi "Araz-Naxçıvan"a təşəkkür edib.
Qeyd edək ki, "Torpedo" hazırda Rusiya çempionatında liderdir.