“Maçester Yunayted”in qapıçısı Pol Vulston karyerasını başa vurub.
Newsport.az-ın məlumatına görə, 23 yaşlı futbolçu zədə səbəbindən karyerasını bitirməli olub. Pol zədə problemlərindən qurtulmaq üçün iki dəfə əməliyyat olunsa da, bu, onun yaşıl meydanlara qayıtmasına kömək etməyib.
Vulston 2018-ci ildə “qırmızı şeytanlar”a keçib və U-23 komandasında çıxış edib. O, əsas komandada debüt etməmişdi.