“Bu, Rusiyaya qarşı irqçiliyin təzahürüdür” ispan futbolçu

“Arsenal”ın mövsümün sonuna kimi icarə əsasında “Betis”də çıxış edən müdafiəçisi Ektor Belerin Rusiya klublarının və milli komandalarının beynəlxalq futbol turnirlərindən uzaqlaşdırılmasına münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, ispan futbolçu, Rusiya klublarına tətbiq edilən qadağaları pisləyib:

“Fələstindəki vəziyyətə tamamilə məhəl qoyulmadı… Yəmən, İraq var. İndi Rusiya milli komandası dünya çempionatında başqa ölkələrin illərdir etdiklərinə görə oynamır. Nədənsə başqa yerlərdə baş verənlərə göz yumduq. Bu, Rusiyaya qarşı irqçiliyin təzahürüdür”.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right