UEFA Rusiyanın tələbini rədd etməyə hazılaşır

UEFA Rusiyanın AÇ-2028 və AÇ-2032 üçün müraciətini rədd edə bilər.

Newsport.az-ın məlumatına görə, UEFA rəhbərliyi yaxın vaxtlarda təcili danışıqlar aparacaq. Onlar Rusiyanın AÇ-2028 və AÇ-2032-yə ev sahibliyi etmək istəyini müzakirə edəcəklər.

Hazırkı müharibə şəraitdə ölkədə bu cür turnirlərin keçirilməsi ağlasığmaz olduğu üçün UEFA Rusiyanın müraciətini rədd etməyi planlaşdırır. Bunun üçün addımlar artıq hazırlanır.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right