“Çelsi”ni almaq üçün mübarizə aparanların sırasına Böyük Britaniya konsorsiumu da qoşulub .
Newsport.az-ın məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb. Londonda yerləşən “Centricus” investisiya fondunun rəhbərlik etdiyi assosiasiya “zadəganlar” üçün 3 milyard sterlinq pul təklif edib.
Britaniya hökuməti tərəfindən sanksiyalarla üzləşən Roman Abramoviçə “Çelsi”ni satması üçün vaxt verilib.