Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub.
“Çelsi” səfərdə “Midlsbro” ilə qarşılaşıb. London təmsilçisi səfərdə inamlı qələbə sayəsində ilk yarımfinalçı olub.
Qalan oyunlar bu gün keçirilib. “Kristal Pelas” doğma meydanda “Everton”u 4 cavabsız qolla məğlub edib. Səfərdə “Sauthempton”la qarşılaşan “Mançester Siti” də növbəti mərhələyə vəsiqəni darmadağınla təmin edib. “Nottingem”lə qarşılaşan “Liverpul”a isə yarımfinala vəsiqə üçün cəmi bir qol lazım olub.
Beləliklə, yarımfinalda “Çelsi” “Kristal Pelas”la, “Mançester Siti” isə “Liverpul”la qarşılaşacaq. Bu görüşlərdən biri aprelin 16-da, digəri isə 17-də keçiriləcək.
İngiltərə kuboku, 1/4 final
19 mart
Midlsbro – Çelsi 0:2
Qol: Lukaku, 15. Ziyeş, 31.
20 mart
Kristal Pelas – Everton 4:0
Qol: Quehi, 25. Mateta, 41. Zaha, 79. Hages, 87.
Sauthempton – Mançester Siti 1:4
Qol: Laporte, 45+2-öz qapısına – Sterlinq, 12. De Bruyne, 62-pen. Foden, 75. Mahrez, 78.
Nottingem – Liverpul 0:1
Qol: Jota, 78.