Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) Xorvatiya çempionatında növbəti matçına çıxacaq.
Newsport.az-ın məlumatına görə, komanda 28-ci turda "Slaven"lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.
Mətbuatda Emrelinin zədələndiyi barədə məlumatlar yayılsa da, hələlik onun sözügedən oyunda iştirak edib-etməyəcəyi sual altındadır.
Qeyd edək ki, "Dinamo" yarışın turnir cədvəlində 54 xalla birincidir. "Slaven" isə 30 xalla 7-ci pillədə qərarlaşır.
18:00. "Slaven" - "Dinamo" (Zaqreb)
"Qradski" stadionu