Çexiya 2-ci divizionunda 19-cu turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) da səfərdə “Usti nad Labem”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Fərid də bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.
“Viktoriya” 19 turdan sonra 11 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.