"Çelsi"nin baş məşqçisi Tomas Tuhel klubdakı vəziyyətlə bağlı danışıb və "Mançester Yunayted"ə keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.
Newsport.az xəbər verir ki, mütəxəssis "Sky Sports"a açıqlamasında deyib:
“Əslində mən şayiələrə biganəyəm. Hazırda "Çelsi"də qalmaq üçün bir çox səbəblərim var. Dəfələrlə demişəm ki, bu klubda işləməyi xoşlayıram. İlk gündən böyük dəstək hiss edirəm. Komandaya fayda vermək üçün əlimdən gələni edirəm. Təəssüf ki, "Çelsi" çətin vəziyyətdə qalıb və digər klublar bundan faydalanmağa çalışacaqlar. Canlıların təbiəti belədir. Gəlin görək bundan sonra nə olacaq. Qeyri-müəyyənlik bəzi insanlarda qorxu və suallara səbəb ola bilər. Bu tamamilə normaldır. Ən yaxşısı üçün çalışırıq və pozitiv qalırıq. Ümid edirəm ki, "Çelsi"nin alacaq insan da qələbə qazanmağı sevir. Bu, klub üçün böyük bir irəliləyiş olardı”.