"Tottenhem"in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasında yeni uğura imza atıb.
Newsport.az-ın məlumatına görə, 28 yaşlı forvard "Everton"la matçda (5:0) çempionatda vurduğu qolların sayını 176-ya yüksəldib. İngiltərə millisinin üzvü bununla "Arsenal"ın keçmiş futbolçusu Tyerri Anrini (175) qabaqlayaraq 6-cı pilləyə yüksəlib. Keyni "Çelsi"nin sabiq üzvü Frenk Lemparddan bir qol ayırır.
Premyer Liqa tarixinin ən məhsuldar 260 qol vuran futbolçusu Alan Şirerdir. Sonrakı yerlərdə isə Ueyn Runi (208), Endi Koul (187) və Serxio Aquero (184) qərarlaşıb.