Yarmolenko rus futbolçuları tənqid etdi

Ukrayna milli komandasının futbolçusu Andrey Yarmolenko Rusiyanın ölkəsinə hərbi müdaxiləsi haqda danışıb.

 

Newsport.az xəbər verir ki, "Vest Hem"də çıxış edən hücumçu rusiyalı futbolçuları tənqid edib. Yaremçuk onları Ukraynada baş verənlərə səssiz qalmaqda günahlandırıb:

 

"Rusiyalı futbolçulara bir sualım olacaq. Niyə səssiz oturub, heç nə demirsiz? Mənim ölkəmdə ruslar insanları, qadınları, anaları, uşaqları öldürürlər. Amma siz heç nə demirsiz, şərh bildirmirsiz".

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right