Qol vurdu, sevinmək əvəzinə bunu etdi

"Benfika"nın futbolçusu Roman Yaremçuk Çempionlar Liqasının 1/8 finalında "Ayaks"la ilə ilk oyunda (2:2) vurduğu qoldan sonra etdiyi hərəkətlə diqqət çəkib.

Newsport.az xəbər verir ki, komandasının bərabərlik qolunun müəllifi olan ukraynalı oyunçu qoldan sonra formasını çıxarıb və əynində Ukraynanın gerbi olduğu köynəyi göstərib. O, Rusiyanın Ukrayna ilə etdiyi müharibəyə görə bu addmı atıb.

Yaremçuk matçdan sonra sosial media hesabında etdiyi paylaşımda yazıb: "Mən ukraynalıyam və bununla fəxr edirəm. Vətənimdən minlərlə kilometr aralıda vətənində gərgin olan hər kəsə dəstək olmaq istəyirəm, indi birləşməyin vaxtıdır. Bu, bizim ölkəmizdir, tariximizdir, mədəniyyətimizdir, xalqımızdır və sərhədlərimizdir. Müdafiəçilərimizə göstərdikləri cəsarətə görə təşəkkür etmək istəyirəm. Ukraynaya təşəkkür edirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right