Millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo"(Zaqreb) bu gün Xorvatiya çempionatında növbəti oyununa çıxacaq.
Newsport.az-ın məlumatına görə, Zaqreb klubu "Lokomotiva"i qəbul edəcək.
Maksimir stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:05-də start götürəcək.
"Dinamo" 2 oyun az keçirsə də, 22 matçda topladığı 49 xalla şərikli liderdi.
"Lokomotiva" isə 6-cı pillədə qərarlaşıb.