Portuqaliya çempionatında 21-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, millimizin üzvü Renat Dadaşovun formasını geyindiyi “Tondela” bu turda doğma meydanda “Benfika” ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
Renat da bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana daxil olub.
“Tondela” 21 turdan sonra 20 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.