Salah: "Maneyə qarşı oynamaq əla olacaq"

Misir millisinin aparıcı futbolçusu Mohamed Salah Afrika Millətlər Kubokunun finalında qarşılaşacaqları Seneqal haqda danışıb.

Newsport.az-ın məlumatına görə, Salah rəqib komanda haqda danışarkən "Liverpul"da birlikdə oynadığı Sadio Mane barədə də fikirlərini söyləyib:

"Maneyə qarşı oynamaq əla olacaq. Finalda rəqib olacağıq, final bitdikdən sonra komanda yoldaşı. Mərakeşlə oyunumuzdan əvvəl Mane ilə danışmışdıq. Onun zədəsinin nə yerdə olduğunu soruşub, finalda görüşəcəyimizə ümid etdiyimi bildirmişdim.

Çempionlar Liqasını qazanmışam və bu, çox möhtəşəm anlar idi. 30 ildir İngiltərə çempionu ola bilməyən "Liverpul"la bunu əldə etdik. Hər yerdə qalib gəlmişəm. İndi isə ilk dəfə Misir millisinin heyətində Afrika kubokunu qazanmaq istəyirəm. Ümidvaram ki, bu, bizdə alınacaq". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right