Yunanıstanın 1-ci divizionunda 17-ci turunun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Turan Manafovun komandası "Olimpiakos" bu turu məğlubiyyətlə başa vurub.
Volos təmsilçisi "Olimpiakos"un (Pire) 2-ci komandasına uduzub (2:3).
Oyuna start heyətində çıxan Manafov sona qədər meydanda olub.
Hazırda "Olimpiakos"(Volos) 10 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.