Xorvatiya mətbuatı "Dinamo"nun Mahir Emrelini transfer etməsinin səbəbini açıqlayıb.
Newsport.az məlumatına görə, “İndex”in iddiasına görə, komandanın baş məşqçisi Jelko Kopiç 3-5-2 sxeminə keçib və xorvatiyalı mütəxəssisə sol ayağı işlək olan hündürboylu hücumçu lazım gəlib.
Millimizin futbolçusu da Kopiçin sxeminə uyğun gəldiyi üçün o, rəhbərlikdən Emrelinin transfer olunmasını tələb edib. Mahir meydanda Miroslav Orsiçlə tandem təşkil etməlidi.
Xorvatiyalı həmkarlarımızın yazdığına görə, Emreli özünü sübut edəcəyi təqdirdə, komandanın digər forvardı Bruno Petkoviç yayda Zaqreb təmsilçisinin sıralarını tərk edəcək.