"Mançester Siti"nin futbolçusu Joao Kanselu 4 soyğunçunun hücumuna məruz qalub.
Newsport.az-ın məlumatına görə, bu barədə o, özünün "İnstaqram" hesabında məlumat verib. Sözügedən şəxslər soyğunçuluq etmək istəyiblər. Bu zaman o, cinayətkarlara qarşı mübarizə aparmağa çalışıb və üzündən xəsarət alıb.
“Təəssüf ki, bu gün məni və ailəmi incitməyə çalışan dörd qorxaq tərəfindən hücuma məruz qaldım. Müqavimət göstərəndə belə olur. Bütün zinət əşyalarımı götürüb, üzümü bu vəziyyətə salmağı bacardılar. Bilmirəm, nən belə rəzil insanlar var. Mənim üçün ən önəmlisi ailəmdir və xoşbəxtlikdən yaxşıdırlar. Həyatımdakı bu qədər maneələrdən sonra bu, aşmalı olduğum başqa bir maneədir. Möhkəm və güclü, həmişə olduğu kimi" - deyə Kanselu İnstaqramda yazıb.
