Kvaratsxeliya ardıcıl 2-ci dəfə ilin futbolçusu seçildi

"Rubin"in yarımmüdafiəçisi Xviça Kvaratsxeliya ölkəsi Gürcüstanda 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

Newsport.az xəbər verir ki, bu barədə Rusiya klubunun saytı məlumat yayıb.

Qeyd edək ki, Kvaratsxeliya 2019-cu ildə "Rustavi"dən Kazan “Rubin”inə keçib. O, bu mövsüm Rusiya Premyer Liqasının 15 matçında 1 qol vurub və 3 qolun ötürməsini verib.

20 yaşlı oyunçu 2020-ci ildə də ölkəsinin ən yaxşısı seçilib.

Qeyd edək ki, X. Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right