“Arsenal”ın 3 futbolçusunda koronavirus aşkarlandı

İngiltərənin “Arsenal” klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.

Newsport.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Arsenal”ın müdafiəçiləri Sedrik Soares, Takehiro Tomiyasu və Eynsli Meytlend-Naylzda koronavirus aşkarlanıb.

Hər üç futbolçu koronavirus səbəbindən Premyer Liqanın 19-cu turunun “Norviç”lə səfər oyununu (5:0) buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right