"Mançester Yunayted" gənc hücumçusu Antoni Elanqa ilə yeni müqavilə imzalayıb.
Newsport.az-ın məlumatına görə, 19 yaşlı oyunçu ilə müqavilənin müddəti 2026-cı ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, Elanqa 12 yaşında "United Academy"yə qoşulub və bu günə kimi əsas komandada 5 oyun keçirib.