Anton Krivotsyukun komandası qələbə qazandı

Polşa çempionatında 19-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin futbolçusu Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) növbəti matçına çıxıb.

Krivotsyukun komandası "Leçiya" (Qdansk) ilə qarşılaşıb.

Millimizin müdafiəçisinin komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.

Anton da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana çıxıb.

Millimizin müdafiəçisi 70-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Onun komandası 19 turdan sonra 29 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right