"Sabah"dan ayrılan serbiya əsilli ukraynalı sabiq futbolçu Marko Deviç Bakı klubundan getdikdən sonra depressiyaya düşüb.
Newsport.az xəbər verir ki, bu barədə karyerasını bitirən hücumçu "Football Hub" yutub kanalına müsahibəsində bildirib. Deviç deyib:
"Bu, təkcə mənim üçün deyil, hər bir futbolçu üçün çox çətin dövrdür. Hazırda depressiyadan çıxmış kimi görünürəm. Amma artıq futbol oynamayacağımı anlamaq mənim üçün sadəcə, şokdur. Ailənizlə birlikdə olmağa, başqa şeylər etməyə çalışırsınız, amma futbolsuz qalmaq çox çətindir".
Qeyd edək ki, Marko Deviçin son klubu "Sabah" olub. O, 2018/2019 mövsümündə, həmçinin 2020-ci ildə Bakı təmsilçisinin formasını geyinib.