Azərbaycanlı hücumçu Ukrayna klubunun tarixinə düşdü

“Qarabağ”ın yeni transferi Rüstəm Əhmədzadə Ukraynanın “Minay” klubunun tarixinə düşüb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin futbolçusu Ujqorod təmsilçisindən xarici kluba satılan ilk oyunçu olub.

21 yaşlı hücumçu həmçinin “Minay”ın tarixində ilk tamhüquqlu transferdir.

“Qarabağ” Rüstəm Əhmədzadə ilə 2026-cı ilin 30 iyununa qədər müqavilə imzalayıb. Gənc futbolçu 2020-ci ilin iyulundan “Minay”da çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right