İngiltərə Premyer Liqasında koronavirusa yoluxma sayında artım qeydə alınıb.
Newsport.az xəbər verir ki, dekabrın 6-dan 12-dək olan müddətdə 42 nəfərin COVİD-19 testinin nəticəsi müsbət olub.
Koronavirus testindən ümumilikdə 3805 futbolçu və klub işçisi keçib.
Amma koronavirusa yoluxanların adı açıqlanmayıb. Ehtimal edilir ki, növbəti turun görüşləri təxirə salınsın.