Meneceri açıqladı: Haaland "Borussiya"nı tərk edir

Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haaland yay transfer pəncərəsi zamanı klubu tərk edə bilər.

 

Newsport.az-ın məlumatına görə, bu barədə norveçli forvardın meneceri Mina Rayola məlumat verib. O, 21 yaşlı futbolçunun Bundesliqa təmsilçisindən ayrılacağını deyib:

 

"Erlinq Haaland növbəti addımı ata bilər. "Real", "Bavariya", "Barselona" və "Mançester Siti"yə gedə bilər. Bəlkə bu yay, bəlkə də gələn yay. Amma böyük ehtimalla bu yayda ayrılacaq".

 

Qeyd edək ki, Erlinq Haaland "Borussiya"ya 2020-ci ilin yanvarında "Zaltsburq"dan 45 milyon avroya transfer olunub. O, Dortmund klubunun heyətində meydana çıxdığı 76 oyunda 74 qol və 26 asistl yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right